Azərbaycanlı deputat Çinin uyğurlara qarşı siyasətini pislədi
02.07.2015 13:56 Siyasi reaksiya 1989
Çində uyğur türklərinə qarşı aparılan siyasəti qətiyyətlə pisləyirik.
Reaksiya.Az-ın məlumatına görə, bunu millət vəkili Adil Əiyev öz "Facebook" səhifəsində yazıb.
"Bu gün onlar müsəlman və türk olduqları üçün vəhşiliklərə məruz qalırlar. 60 ildən çoxdur ki, uyğur türkləri ədalətsizliklə üz-üzədirlər. Hazırda öz milli haqlarını itirmək təhlükəsi ilə yaşayan uyğurlar, bu gün qorxu içində yaşayırlar. Hətta vəziyyət o yerə çatıb ki, İslam dinin müqəddəs ayinlərini icra etməyə belə icazə verilmir və bunu edənlər isə təzyiqlərlə üzləşirlər. Təəssüf ki, Çində müasir dövrdə insanlar öz dini və milli ayrı seçkiliyə məruz qalaraq, ağır işgəncələr altında yaşayırlar" - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, bu gün adlarını beynəlxalq təşkilat qoyub, demokratiya, insan haqları ilə bağlı bəyanat verən qurumlar Çində baş verənlərə görməzlikdək gəlir: "Belə qurumların Çində yaşanan hadisələrə biganə yanaşmaları vəziyyəti daha da çətinləşdirir. Dünya birliyi sərt təpkisini göstərməlidirlər. Əsl, insan hüquqları Çində uyğurların başına gətirilən faciə və dəhşətlərlə pozulur.Bu gün Türk dünyası buna qarşı biganə qalmamalı, öz qardaş bacılarının müdafiəsini beynəlxalq səviyyədə aparmalıdırlar ki,onlara qarşı olan işgəncələr dayandırılsın. Bu zaman Çinin siyasətinin qarşısını almaq olar".
Şərhlər