Bakıda Ankara terrorunda ölənlər yad edilib - FOTOLAR

18.02.2016 23:45     Siyasi reaksiya     1160

Bu gün paytaxt gənclər, idman idarələri, fəal gənclər, ictimai birliklər və tələbə gənclər təşkilatlarının nümayəndələri Türkiyə paytaxtında baş vermiş terror aktında ölənlərin xatirəsini yad etmək məqsədilə Türkiyənin Bakıdakı səfirliyinin qarşısına toplaşıb.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, anım mərasimi nazirlik, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub.

 

Gənclər səfirliyin önünə gül dəstələri qoyub, terror qurbanlarının xatirəsini yad ediblər. İştirakçılar terror aktını qətiyyətlə pisləyib, cinayətkarların ən sərt şəkildə cəzalandırılmasını tələb ediblər. Gənclər Azərbaycanın erməni terrorundan əziyyət çəkən bir ölkə olduğunu, bu çətin və ağrılı gündə bütün Azərbaycan gəncliyinin Türkiyənin yanında olduğunu bildiriblər.

Şərhlər

Çox oxunanlar