Azərbaycan ordusu tankları işə saldı - VİDEO

20.02.2016 13:21     Siyasi reaksiya     1494

Yarışlar "Ən yaxşı tank heyəti" adı uğrunda keçirilir.

Azərbaycan Ordusunda yarış keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə,  tank hərbi hissə və bölmələrində "Ən yaxşı tank heyəti" adı uğrunda yarışlar nazirin təsdiq etdiyi hazırlıq planına əsasən baş tutur. 

Yarışlarda tank heyətləri maneə sahəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tankəleyhinə xəndəyi və eskarpı dəf etməklə çətin şəraitdə sürücülük tapşırıqlarını yerinə yetirirlər. Heyətlər yerində və hərəkətdə atəş açmaqla təlim sahəsində yaradılmış müxtəlif hədəfləri məhv edirlər.

Yarışların yekununda birliklərdə ilk iki yeri tutan heyətlər Silahlı Qüvvələr üzrə keçiriləcək yarışlarda iştirak edərək ən yaxşı tank komandiri, tuşlayıcı operator və mexanik sürücüləri müəyyən edəcəklər.

 
 
Tank
Tank
 
 
 
 
 

Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə və hərbi hissələrindöyüşə hazırlıq vəziyyətinə gətirilmə planına əsasən kompleks məşqləri də keçirilir. Bu çərçivədə şəxsi heyətin funksional vəzifələrini icraetmə bacarıqları yoxlanılır.

Məşqlərdə bölmələrin və heyətlərin döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqları, eləcə də müxtəlif səviyyələrdən olan komandirlərin tabeçilikdə olanları idarəetmə vərdişləri təkmilləşdirilir.

Əsas diqqət xəbərdaretmə siqnalları ilə fəaliyyətlərin icrası, məxfilik rejiminə əməl edilməsi ilə məlumatların çatdırılması, silah-sursatın verilmə qaydası, şəxsi heyətin toplanış məntəqələrinə və döyüş təyinatı rayonlarına gizli, maskalanmanın tələblərinə riayət etməklə irəliləməsi, hərbi texnikanın döyüşdə tətbiq olunması məqsədilə çıxışa hazırlanması və digər sualların praktiki məşq etdirilməsinə yönəldilir.

 

Şərhlər

Çox oxunanlar