Rusiya hərbi gəmiləri Bakı buxtasına girəcək

20.02.2016 13:38     Siyasi reaksiya     1428

2016-cı ildə Xəzər dəniz donanması Azərbaycan, Qazaxıstan və İran limanlarına dost səfəri edəcək.

Rusiyanın Xəzər dəniz donanmasının gəmiləri Azərbaycan limanına gələcək.

ANS PRESS-in məlumatına görə, 2016-cı ildə Xəzər dəniz donanması Azərbaycan, Qazaxıstan və İran limanlarına dost səfəri edərək bir sıra beynəlxalq yarış və təlimlər keçirəcəklər.

Xəzər dəniz donanmasının komandanı kontr-admiral İqor Osipovun TASS agentliyinə verdiyi məlumata görə, ilin ikinci yarısında Mahaçqalada yerləşən hərbi gəmi bölüyü “Adeks-2016” hərbi-dəniz sərgisində iştirak etmək üçün Bakıya, İranın Bəndər-Ənzəli limanı və Qazaxıstanın Aktau limanına gələcək.

Bu il həmçinin “ArMİ-2016”- “Dəniz kuboku” hərbi oyunlarının keçirilməsi planlaşdırılır. Bu yarışlar xəzəryanı ölkələrin iştirakı ilə Xəzər dənizi akvatoriyasının orta hissəsində və Kaspiysk və Mahaçqala şəhərlərində yerləşən  təlim komplekslərində baş tutacaq. Yarışların proqramının keçən illə müqayisədə çətiləşdiriləcəyi gözlənilir – gəminin davamlılığı və dənizə düşən insanların xilas edilməsinə dair yarışlar əlavə ediləcək.

2015-ci ildə "Xəzər Kuboku" hərbi oyunları 3-15 avqust tarixlərində baş tutub.

Həmin vaxt oyunların keçirildiyi Rusiyanın Həştərxan şəhərinə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin gəmiləri də getmişdi.

 

Şərhlər

Çox oxunanlar