Azərbaycan prezidenti İrana fevralın 23-də səfər edəcək
22.02.2016 10:23 Siyasi reaksiya 1154

Azərbaycan prezidenti İlham Əliyevin Irana səfərinin tarixi açıqlanıb.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi Azərbaycanın iqtisadiyyat naziriŞahin Mustafayevlə görüşündən sonra səfərin fevralın 23-də baş tutacağını deyib.
Onun sözlərinə görə, prezidentin başçılığı ilə nümayəndə heyətinin Tehran səfəri zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən 10-dan artıq sənəd imzalanacaq.
Şərhlər