Azərbaycan prezidentinin İrana səfəri başlayıb

23.02.2016 11:54     Siyasi reaksiya     1107

Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri başlayıb.

 

APA-nın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, prezidentin başçılığı ilə yüksək səviyyəli nümayəndə heyətini hava limanında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi qarşılayıb.

 

İran prezidenti Həsən Ruhaninin dəvəti ilə reallaşdırılan səfər müddətində ikitərəfli iqtisadi və digər zəmində razılaşdırılacaq bəzi sənədlər imzalanacaq.

Şərhlər

Çox oxunanlar