BMT Azərbaycanla bağlı səhvini düzəltdi - FOTO

23.02.2016 14:54     Siyasi reaksiya     993

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyevin Azərbaycanın işğal altındakı ərazilərinin erməni dilində təqdim edilməsi ilə əlaqədar İspaniya hökumətinin maliyyə dəstəyi və BMT İnkişaf Proqramı tərəfindən yaradılmış Dayanıqlı İnkişaf Məqsədləri Fondunun sədri Paloma Duran və BMTİP-nin rəhbəri xanım Helen Klarka ünvanladığı etiraz bəyanatından sonra təşkilatın saytında mövcud olan xəritə dərhal götürülüb.

Bu barədə Modern.az-a BAMF-dan məlumat verilib.

Dayanıqlı İnkişaf Məqsədləri Fondunun (http://www.sdgfund.org/current-programmes) rəsmi internet səhifəsində dərc edilmiş xəritədə Azərbaycanın Dağlıq Qarabağ və işğal altındakı digər yeddi rayonunun adları (Cəbrayıl rayonunun Djrakan, Zəngilan rayonu Kovsakan) erməni dilində və ermənicə təqdim edilmişdi.

“Xoşa gəlməyən bir məsələdir ki, BMT qurumunun rəsmi vebsaytında Azərbaycan Respublikasının  işğal olunmuş ərazilərinin adları erməni dilində və erməni əlifbası ilə verilir.
Məlumat üçün qeyd edək ki, ünvanlanmış bəyanatda Dağlıq Qarabağın rayonlarının, müxtəlif kənd və qəsəbələrin, digər tarixi toponimlərin işğal səbəbindən adlarının dəyişdirilərək erməni dilində və ermənicə təqdim edilməsi işğal faktoruna və işğalın səbəb olduğu ədalətsizliklərə haqq qazandırdığını səbəb gətirərək BAMF  BMT qurumunun yaydığı rəqəmsal xəritədə gedən yanlışlıqların aradan qaldırılması tələb etmişdi”-deyə təşkilat bildirib.

Şərhlər

Çox oxunanlar