İlham Əliyev: "Azərbaycan həmişə İrana sanksiya tətbiq edilməsinin əleyhinə olub"

23.02.2016 15:19     Siyasi reaksiya     1174

"Azərbaycan həmişə İrana tətbiq edilən sanksiyaların əleyhinə olub və beynəlxalq arenalarda öz fikrini bildirib”.

 

APA-nın IRNA-ya istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan prezidentiİlham Əliyev Tehranda iranlı həmkarı Həsən Ruhani ilə keçirdiyi mətbuat konfransında deyib.

 

Azərbaycan prezidenti İrana tətbiq edilən sanksiyaların götürülməsindən çox şad olduğunu deyib, İran xalqını və prezidentini təbrik edib.

 

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti İranda səfərdədir. Səfər zamanı iki ölkə arasında müxtəlif sahaələrdə əməkdaşlığa dair sənədlər imzalanıb. 

Şərhlər

Çox oxunanlar