Hikmət Hacıyev: “Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir"

24.02.2016 15:01     Siyasi reaksiya     1166

“Azərbaycan Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Bu mövqe Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşündə qəbul edilmiş Tbilisi bəyannaməsində bir daha əksini tapıb".

Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında tanınmamış Abxaziyanın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə vizasız rejimə keçməsi barədə suala cavabında deyib. O bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qondarma rejim mövcuddur: "Ölkəmizin ərazisində viza rəsmiləşdirilməsi qaydaları Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Bundan kənar hər hansı özfəaliyyət qanundan kənardır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin saytında səyahət xəbərdarlığı var. XİN Azərbaycan vətəndaşlarını Gürcüstan mərkəzi hökumətinin nəzarətində olmayan ərazilərə sözügedən ölkənin müvafiq qurumlarının icazəsi olmadan səfər etməməyə çağırır". 

 

 

(APA)

Şərhlər

Çox oxunanlar