ATƏT/DTİHB erməniləri məyus etdi: - “Dağlıq Qarabağ adında dövlət yoxdur”
25.02.2016 16:46 Siyasi reaksiya 891
“Dağlıq Qarabağ adında dövlət olmadığı üçün bizi orada hər hansı “seçki” prosesini izləməyə dəvət edə bilməzlər”.
Reaksiya.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Maykl George Link deyib.
Qeyd edək ki, fevralın 24-də qondarma “DQR” “nümayəndəsi” xarici siyasət üzrə Almaniya Cəmiyyətinin qonağı olan ATƏT/DTİHB direktoru Maykl George Linkə “bizdə keçiriləcək seçkilərə müşahidə missiyası göndərməniz mümkündürmü?” sualını ünvanlayıb. Direktor cavabı erməniləri məyus edib.
“Dağlıq Qarabağ adına dövlət yoxdur. Buna görə də orada keçiriləcək hər hansı “seçkini” müşahidə edə bilmərik. Bizim üçün beynəlxalq hüquq və qəbul edilmiş beynəlxalq sərhədlər vacibdir. Biz bunun tərəfdarıyıq”, - deyə Link bildirib.
ATƏT/DTİHB direktoru daha sonra Azərbaycanla münasibətlərdən danışıb: “Azərbaycan bizim üçün xüsusi əhəmiyyətə malik olan tərəfdaş ölkədir. Baxmayaraq ki, son seçkilərə biz müşahidə missiyası göndərməmişik. Lakin bizim əməkdaşlığımız davam edəcək. Büro olaraq Azərbaycana yeni birgə layihələr də təklif ediləcək”.
Şərhlər