Türkiyə XİN: Bu soyqırımda həlak olanların xatirəsi önündə baş əyirik
26.02.2016 11:37 Siyasi reaksiya 1031
“Azərbaycan torpaqlarının işğalını şiddətlə qınayırıq”.
Ermənistan silahlı qüvvələri 1992-ci ilin fevral ayının 26-da Azərbaycanın Dağlıq Qarabağ vilayətində yerləşən Xocalı şəhərinə hücum edərək 106 qadın, 63 uşaq və 70 ahıl insan olmaqla 613 sakini qətlə yetiriblər.
Reaksiya.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Xocalı faciəsinin 24-ci ildönümü ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Sənəddə qeyd olunur:
“76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsir alınıb. O vaxtdan indiyə qədər itkin düşən 150 nəfərin taleyi məlum deyil. Mülki vətəndaşlara qarşı törədilən bu vəhşilik və Azərbaycan torpaqlarının 20 faizinin işğalı nəticəsində soydaşlarımız məcburən öz el-obalarından köçkün düşərək indiyə qədər doğma yurdlarının həsrəti ilə yaşamaq məcburiyyətində qalıblar.
Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın 24 il bundan əvvəl Xocalıda məruz qaldıqları insanlığa sığmayan hücum və qətliamı hər zaman qəlbimizin dərinləklərində hiss edirik və bu dərdi onlarla paylaşırıq. Ermənistan qoşunları tərəfindən həyata keçirlən bu soyqırımı və Azərbaycan torpaqlarının işğalını şiddətlə qınayırıq.
Bunun beynəlxalq səviyyədə lazımi qiymət almadığına kədərlənirik. Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyirik, bütün azərbaycanlı qardaşlarımıza dərin hüznlə başsağlığı verir və bu soyqırımda həlak olanların xatirəsi önündə baş əyirik”.
Şərhlər