Deputat ilkə imza atdı - şəhid yasında iştiraka görə

26.02.2016 12:02     Siyasi reaksiya     1141

Fevralın 25-i  Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə  Türkiyənin Kahramanmaraş şəhərində olub.

Bu barədə deputat Modern.az-a açıqlamasında deyib.  

Parlament üzvü bildirib ki, o, türk şəhidin yasında iştirak edib. Aydın Mirəzadənin sözlərinə görə, azərbaycanlı deputatın türk şəhidi yasında iştirakı ilk dəfədir:   “Bir neçə gün əvvəl terrorçulara qarşı mübarizədə şəhid olmuş polis  Ömər Sayılın yas mərasiminə qatılaraq  şəhidin  babasına, atasına  yaxınlarına  dərin hüznlə başsağlığı verdim.  

Çıxışım zamanı Türkiyənin terrora qarşı mübarizədə, Azərbaycanın Ermənistanla cəbhə xəttində vaxtaşırı şəhid verdiyini və bunun bir xalqın şəhidlərinin olduğunu bildirdim.Mərasimdə mənimlə birgə Kahramanmaraş azərbaycanlı tələbələr birliyinin rəhbəri Tural Şahbazlı da iştirak edirdi.  

Mərasimdə mənə xeyli adam yaxınlaşdı. İlk dəfədir ki, azərbaycanlı deputatın mərasimə qatılmasını maraqla qarşıladıqlarını dedilər.Mərasimdə iştirakımızı yerli Aksu TV yayımlayaraq efirə verdi”.  

Qeyd edək ki, deputat Aydın Mirzəzadə bu gün Türkiyənin Kahramanmaraş şəhərində   Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı iştirak edir.

  

Şərhlər

Çox oxunanlar