Səfir: “Türkiyə prezidentinin Azərbaycana səfəri yaxın vaxtlarda olacaq”

26.02.2016 15:59     Siyasi reaksiya     1236

“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri ən qısa zamanda gerçəkləşdirmək şərti ilə təxirə salınıb".

 

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib. O bildirib ki, səfər hər iki ölkə başçısının proqramına uyğun olaraq təşkil ediləcək: "Amma düşünürəm ki, səfər çox gec olmadan baş tutacaq".

 

Qeyd edək ki, Türkiyə prezidentinin Azərbaycana bu il fevralın 18-ə planlaşdırılan səfəri Ankarada törədilən terror aktı səbəbindən təxirə salınıb. 

Şərhlər

Çox oxunanlar