Milli Məclisdə yeni təyinatlar olacaq
27.02.2016 12:23 Siyasi reaksiya 1134

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri yenidən seçilir.
Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin martın 4-nə planlaşdırılan növbəti iclasının gündəliyinə daxil edilib.
30-dan artıq işçi qrupuna yeni rəhbərlərin seçilməsi təklif edilir. Qeyd edək ki, hazırda Milli Məclisin 82 ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Şərhlər