Federika Mogerini Azərbaycana gəlib
29.02.2016 10:37 Siyasi reaksiya 1070

Rəsmi şəxslərlə görüş olacaq.
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsiFederika Mogerininin Azərbaycana səfəri başlayıb.
Oxu.Az-ın xəbərinə görə, səfər çərçivəsində F.Mogerininin Azərbaycanın rəsmi şəxsləri, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovlagörüşləri olacaq.
F.Mogerininin, həmçinin Azərbaycanda səfərdə olan Avropa Komissiyasının enerji məslələri üzrə vitse-prezidenti Maroş Şevçoviçlə birgə “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının II iclasında iştirak edəcəyi gözlənilir.
Şərhlər