Ərdoğan Konstitusiya Məhkəməsini saymadığını açıqladı - VİDEO

29.02.2016 11:25     Siyasi reaksiya     1108

Reaksiya.info-nun FaktXəbər-ə istinadən məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbi Afrika səfəri öncəsi verdiyi açıqlamada Türkiyənin Ana Yasa Məhkəməsinin Can Dündar və Erdem Gül üçün verdiyi qərarı tanımadğını və hörmət etmədiyini söyləyib. 
Onun bu sözləri ölkə gündəmini yenidən silkələyib. Çünki Ərdoğanın 2009-cu ildə verdiyi açıqlama, dünənki açıqlaması ilə tamamilə ziddiyyət təşkil edir. O, 2009-ci ildə AŞPA qrup toplantısında Baş Nazir vəzifəsini yerinə yetirərkən çıxışında belə demişdi: "Hüquq sisteminə biz inanmasaq, biz bel bağlamasaq, başqalarının inanmasına, etibar etməsinə ümid edə bilmərik."
 
Qeyd edək ki, Ərdoğanın bu açıqlamasını Türkiyə Böyük Millət Məclisində müzakirə edən millət vəkillər arasında da əlbəyaxa dava baş verib. CHP-li millət vəkili Özgür Özel Ərdoğanı "məhkəmələrə təliçat verməkdə" ittiham edib. AK Partiyadan olan millət vəkili Bülent Turan da Ərdoğanı müdafiə edərək, Türkiyədə bütün məhkəmələrin, o cümlədən Ana Yasa Məhkəməsinin qərarlarının "tənqid edilə bilən" olduğunu söyləyib. Bundan sonra başlayan söz dueli nəhayətdə yumruqlaşmaya keçib.

Şərhlər

Çox oxunanlar