Gürcüstan səfirliyi niyə danışmaqdan boyun qaçırır? - FOTOLAR

03.07.2015 18:10     Siyasi reaksiya     2320

Sadəcə cənab səfirlik rəsmisi deyə bilərdi ki, "biz Azərbaycanla dostuq, insanları sakit olmağa çağırırıq, bu təxribatdır". Amma demədi.

Ötən gün Tiflisdə baş verənlər, "Qəbələ" fanatlarının döyülməsi, Azərbaycan dövlət bayrağının, türkçülüyün, milli futbol klublarımız "Neftçi" və "Qəbələ"nin atributlarının təhqir olunaraq "Dinamo Tblisi"nin fanklub səhifəsində həqarətli şəkillər paylaşılması  (https://facebook.com/Dinamotbilisisupporter)ölkəmizdə etirazla qarşılandı. 

Reaksiya.Az-ın müşahidələrinə görə, gənclərimiz bundan çox qəzəblənib və hətta Gürcüstan səfirliyinin qarşısında aksiya keçirmək çağırışları da səslənir. Lakin daim dostluq etdiyimiz, heç bir ərazi iddiası və ya neqativ münasibət göstərmədiyimiz bir ölkənin gənclərindən də belə qonşuluğu gözləmirdik...

Gürcüstan səfirliyinin mətbuat katibi Kaxa Abdaladze Tiflisdə baş verənləri şərh etmək üçün 17:20-də məndən şəkil və məlumat göndərməyimi istədi. Tapıb məlumatları göndərdim, bayrağımızın təhqir olunduğu və stadionda Zaqatala və Qaxa olan ərazi iddiaları ilə bağlı şəkillərin fanklub səhifəsindən linkləri də göndərdim. 17:40-a qədər "Doroqoy, ya seyças zanyat, posmotryu. Skoree vseqo provokatsiya, no posmotryu, prokemmntiruyu, day poçitayu 5 minut, pozvoniş" (Əzizim, indi məşğulam, baxaram. Hər halda təxribatdır, amma baxaram, şərh edərəm, qoy oxuyum 5 dəqiqə, zəng edərsən) deyib uzatdı. Mən onun işdən 6-da çıxacağı halda mövzunun yarımçıq qalacağını dedim. Yenə də "posmotryu" ilə məsələ uzandı.

17:50-dən 18:10-a qədər zəng edirəm, telefonu götürmür. Gedib evə, ya da şərh etmək istəmir... Sabah da istirahət günüdür. Sadəcə cənab səfirlik rəsmisi deyə bilərdi ki, "biz Azərbaycanla dostuq, insanları sakit olmağa çağırırıq, bu təxribatdır". Amma demədi. 

Bəzi dostlarımız bu həqarətləri edənlərin gürcü olduğuna inanmaq istəmir, onların erməni təxribatçıları olduğunu deyirlər... Nə deyək? Biz axı iki dost ölkəyik... Belə hörmətsizliyi dostlardan gözləmirik.

 

Rüfət Əhmədzadə

Reaksiya.Az

Şərhlər

Çox oxunanlar