Stalin: “İç bunu, lənətə gəlmiş...”
01.03.2016 10:41 Siyasi reaksiya 1315

Axar.az-ın “Qılınc və Qələm” layihəsində dünya siyasi liderlərinin yazdığı bədii mətnlər yayımlanır. SSRİ lideri İosif Stalinin iki şeirini təqdim edirik:
***
Evdən evə, həyətdən həyətə keçib
döyürdü yad qapıları
Əlində palıd ağacından düzəlmiş musiqi aləti
dodaqlarında məsum mahnıları...
Oxuduğu mahnı günəş qədər təmiz idi.
O mahnıda böyük həqiqət,
nəhəng arzu səslənirdi.
Daşa dönmüş ürəkləri də
döyündürə bildi o mahnı
Oyatdı çoxunun zülmətdə uyuyan ağlını.
Amma o torpağın adamları
şöhrət əvəzinə
bardaqda zəhərli su verdilər ona.
Dedilər, iç, lənətə gəlmiş,
iç bunu son damlasınadək.
sənin mahnın bizə yaddır
həqiqətinsə gərəksiz...
Təbiət
Yeni açan çəhrayı qönçə
Mavi bənövşəyə çevrilir tələsərək
Və yüngül meh ilə canlanır.
Vadidəki zanbaq isə əyilir çəmənlərin üzərinə.
Şərhlər