Milli Məclisin deputatı AŞPA-nın Büro və Daimi Komitəsinin toplantılarında iştirak edəcək

01.03.2016 19:15     Siyasi reaksiya     848

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitəsinin toplantılarında iştirak etmək üçün martın 2-də Parisə səfər edəcək.

 

Parlamentdən APA-ya verilən məlumata görə, Büro iclasında Avropa Şurasının baş katibi Torbörn Yaqland və digər vəzifəli şəxslərin çıxışları dinləniləcək, habelə Qazaxıstan, Makedoniya və Serbiyada son parlament seçkilərinin nəticələri ilə bağlı məsələlərə baxılacaq.

 

Qurumun Daimi Komitəsinin yığıncağında miqrasiya, qaçqınlar, məcburi köçkünlər və miqrantlar problemi, vətənindən kənar düşmüş uşaqların vəziyyəti, Avropadakı muzey və kitabxanaların müasir durumu, Kinematoqrafiya istehsalı üzrə Avropa konvensiyasının layihəsi müzakirə olunacaq. Səfər martın 5-də başa çatacaq.

Şərhlər

Çox oxunanlar