Dmitri Roqozin Azərbaycanda - FOTO

03.03.2016 10:47     Siyasi reaksiya     1026

O, “Facebook” səhifəsində yazı paylaşıb.

Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin Azərbaycana səfərə gəlib.

Bu barədə Reaksiya.info Kommersant qəzetinə istinadən xəbər verir.

Nəşrə verilən məlumata görə, Roqozin iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Dmitri Roqozin, öz növbəsində Azərbaycan paytaxtında olduğunu təsdiq edib.

“Bakıda havanın temperaturu gecə 9°C, gündüz 14°C-dir. Küləklidir. Azərbaycan paytaxtından hamıya salam!”, — deyə o cümə axşamına keçən gecə öz "Facebook" səhifəsində yazıb.

 

 

Şərhlər

Çox oxunanlar