Parlamentdə vərəm xəstəliyinə həsr olunmuş dinləmələr keçiriləcək
03.03.2016 16:06 Siyasi reaksiya 966
Vərəm xəstəliyi ilə bağlı parlament dinləmələri təşkil olunacaq.
Reaksiya.info Gün.Az-a istinadən xəbər verir ki, bu barədə millət vəkili Məlahət İbrahimqızı üzvü olduğu parlamentin Səhiyyə komitəsinin martın 3-də keçirilən iclasında təkliflə çıxış edib.
Millət vəkili deyib ki, parlament və onun komitələri tərəfindən bu və ya digər məsələlərlə bağlı mütəmadi dinləmələr keçirilir:
“Ona görə istərdim ki, növbəti dinləmələrdən biri də vərəm xəstəliyi ilə bağlı olsun”.
Onun təklifi komitə sədri Əhliman Əmiraslanov tərəfindən də dəstəklənib.
“Vətəm xəstəliyi bu gün dünyanın çox ciddi tibbi problemlərindədir. Qabaqlar bəzən belə fikirlər səslənirdi ki, bu xəstəliyə yoluxanların sayı azalıb, o zamanlar bu fikirlərdə haradasa həqiqət vardı.
Düzdür, bu xəstəliyə qarşı mübarizə ilə bağlı tibb aləmində yeniliklər çoxdur, amma bu, o, demək deyil ki, bu xəstəlik digər xəstəliklərlə müqayisədə geridə qalır.
Bu xəstəliyə yoluxanların sayı heç də azlmayıb və o, çox ciddi problem olaraq qalır.
Ona görə mən də belə hesab edirəm ki, bu yöndə dinləmələrin keçirilməsi məqsədəuyğun olar” -deyə, komitə sədri sözlərionə əlavə olunub.
Şərhlər