Fəzail Ağamalı: “Maliyyə amnistisiyası elan olunmalıdır”
04.03.2016 14:01 Siyasi reaksiya 1001
“Azərbaycanda maliyyə amnistisiyası elan olunmalıdır”.
Reaksiya.info Publika.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Fəzail Ağamalı bildirib.
Deputat deyib ki, cinayət yolu ilə əldə edilmiş pullar istisna olmaqla, digər hallarla bağlı maliyyə amnistisiyasının tətbiqinə ehtiyac var: “Maliyyə amnistiyası Azərbaycana maliyyə axınını təmin edə bilər. Bu isə iqtisadi inkişafı daha da gücləndirə, yerli istehsalı genişləndirə bilər”.
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov isə sözügedən təklifə münasibət bildirib:
“Təklif edirsiniz ki, cinayət yolu ilə əldə edilmiş pullar istisna olmaqla maliyyə amnistiyası olsun. Cinayət yolu ilə əldə edilmiş pullardan başqa, nəyin maliyyə amnistiyasına ehtiyac var ki?”
Şərhlər