İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib.

05.03.2016 15:33     Siyasi reaksiya     1125

Prezident Azərbaycana səfər edəcək turistlərin sayının daha da artacağına ümid etdiyini deyib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Baş katibi Taleb Rifai vizaların verilməsi, aşağı büdcəli uçuşların həyata keçirilməsi ilə bağlı işlərin Azərbaycan prezidentinin rəhbərliyi ilə uğurla həyata keçirilməsini məmnunluqla qeyd edib. Qonaq hər səfərində şəhərimizin gözəlliyinin onda xoş təəssürat yaratdığını deyib. 

BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə keçirdikləri görüşləri məmnunluqla xatırlayan dövlət başçısı Azərbaycanda turizmin inkişafına göstərdiyi dəstəyə görə ona minnətdarlığını bildirib, qonağın verdiyi məsləhətlərin bu baxımdan önəmini qeyd edib. Azərbaycanda turizmin daim prioritet sahələrdən biri olduğunu vurğulayan prezident bu sahənin inkişaf etdirilməsi üçün ölkəmizin əlverişli coğrafi mövqeyinin, gözəl təbiətinin yaxşı imkanlar yaratdığını deyib.

İlham Əliyev Dünya Turizm Təşkilatının nümayəndələri ilə
İlham Əliyev Dünya Turizm Təşkilatının nümayəndələri ilə

O, dünyada iqtisadi böhranın mövcud olduğu indiki zamanda turizm sahəsinin yeni iş yerlərinin yaradılması, ölkəyə maliyyə axınının təmin edilməsi və digər məsələlər baxımından əhəmiyyətini qeyd edərək Azərbaycanda turizm sektorunda islahatların davam etdirildiyini bildirib. İ.Əliyev görülən işlər nəticəsində Azərbaycana səfər edəcək turistlərin sayının daha da artacağına ümidvar olduğunu söyləyib.

Görüşdə Azərbaycanda turizm xidmətlərinin genişləndirilməsi, turizmin iqtisadiyyatın digər sahələri ilə əlaqələndirilməsi, ölkəmizdə turizm infrastrukturunun daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Şərhlər

Çox oxunanlar