Masallıda iki deputatın qovğası - Gizlinlər

05.03.2016 16:30     Siyasi reaksiya     1005

 
Elmira Axundovanın oğlunun ev skandalı və dələduzluq ittihamı ilə üzləşməsindən bəhrələnən Nəriman Əliyevin mətbuatda məsələnin böyüməsi üçün dəridən-qabıqdan çıxdığı iddia olunur.
 
Masallıda iki deputat qırğına çıxıb.
 
VİZUAL.az xəbər verir ki, Nəriman Əliyevlə Elmira Axundova arasında başlanan qovğa yeni müstəvidə qızışıb və tərəflər bir-birinin əleyhinə kampaniya aparır.
 
Məlumata görə, son zamanlar hər iki millət vəkili barəsində yayılan xəbərlər, səslənən ittihamlar və edilən müraciətlərdən bir-birinə qarşı istifadə edirlər.
 
E.Axundovanın oğlunun ev skandalı və dələduzluq ittihamı ilə üzləşməsindən bəhrələnən N.Əliyev mətbuatda məsələnin böyüməsi üçün dəridən-qabıqdan çıxır. N.Əliyevin isə 40 min dollara maşın nömrəsi alması, diplomunun saxta olması haqda xəbərlərin ayılması E.Axundovanın işinə yarayıb.
 
Hər iki deputat siyasi rinqə çıxaraq bir-birinin əleyhinə kampaniyaya dəstək verirlər. Xəbərlərdə deyilir ki, E.Axundova ilə N.Əliyevin münasibətləri lap əvvəldən soyuq olub. Onlar indi bu soyuq münasibətləri daha da dərinləşdiriblər. Hər iki tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

Şərhlər

Çox oxunanlar