İrandakı səfir geri çağırıldı
07.03.2016 20:17 Siyasi reaksiya 934

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cavanşir Axundovun Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Prezientin digər bir sərəncamı ilə Cavanşir Əşrəf oğlu Axundov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Şərhlər