Qətər Əmirinin rəsmi qarşılanma mərasimi olub, geniş tərkibdə görüşü keçirilib

08.03.2016 12:31     Siyasi reaksiya     924

Azərbaycanda rəsmi səfərdə olan Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin martın 8-də rəsmi qarşılanma mərasimi olub.

APA-nın məlumatına görə, Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tanini Azərbaycan Prezidenti İlham Əliyev  qarşılayıb.

Qətər Dövlətinin və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Prezident  İlham Əliyev və Əmir Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qətər Dövlətinin Əmiri Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Əmir Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə, Qətər Dövlətinin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərbaycan Prezidenti və Qətər Dövlətinin Əmiri rəsmi foto çəkdiriblər.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə görüşü keçirilib.

Şərhlər

Çox oxunanlar