İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin latviyalı və misirli həmsədrlərini qəbul edib

08.03.2016 17:02     Siyasi reaksiya     1114

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Latviya Respublikasının keçmiş Prezidenti xanım Vayra Vike-Freyberqanı və Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib.

Reaksiya.info AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışıldı. Forumun ənənəvi olaraq hər il yüksək səviyyədə təşkil edildiyi bildirildi. Qlobal Bakı Forumunun ildən-ilə genişləndiyi və tədbirə marağın getdikcə daha da artdığı vurğulandı.

Söhbət zamanı qonaqlar qeyd etdilər ki, Forumun uğur qazanması Prezident İlham Əliyevin nüfuzu, uzaqgörənliyi və dəstəyi sayəsində mümkün olub.

Şərhlər