138 azərbaycanlı saxlanıldı
09.03.2016 13:40 Siyasi reaksiya 991

Onların İŞİD-ə qoşulması cəhdinin qarşısı alındı.
İŞİD-ə qoşulmaq üçün Suriyaya gedən azərbaycanlılar Türkiyə sərhədində tutulub.
Publika.az xəbər verir ki, son 5 il müddətində Türkiyə sərhədindən Suriyaya keçərək, İŞİD-ə qoşulmaq istəyən 138 nəfər saxlanılıb.
Məlumata görə, 5 il müddətində İŞİD-ə qoşulmaq üçün Suriyaya gedən 3 min 619 nəfərdən 983-ü həbs olunub. 2 min 896 nəfər isə deportasiya olunub.
Deportasiya olunanlardan 519-u Rusiya vətəndaşıdır. Ümumilikdə Rusiya vətəndaşları İŞİD-ə qoşulan ölkələr arasında ilk sıradadır. Daha sonra 192 nəfərlə Fransa, 180 nəfərlə İndoneziya, 138 nəfərlə Azərbaycan, 128 nəfərlə Tacikistan siyahıda ilk yerlərdə qərarlaşıb.
Məlumata görə, Avropadan da İŞİD-ə qoşulanların sayı çoxalıb.
Şərhlər