Peskov: “Rusiya Ermənistan və Azərbaycanın əvəzinə Qarabağ münaqişəsini həll edə bilməz” - VİDEO

11.03.2016 15:57     Siyasi reaksiya     1211

"Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq vasitəçilər tərəfindən deyil, yalnız onun iştirakçıları tərəfindən tapıla bilər. Bununla yanaşı Rusiya münaqişənin həllinə yardım etmək üçün beynəlxalq formatlarda ardıcıl işlər görür".

 APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

 

"Bu hansısa birdəfəlik səy deyil, bu, ardıcıl xətdir. Lakin münaqişə ilə bağlı yekun qərar yalnız münaqişənin iştirakçıları tərəfindən verilə bilər. Nə beynəlxalq vasitəçilər, nə də Rusiya Ermənistan və Azərbaycanın əvəzinə münaqişəni nizamlaya bilməz", - deyə o qeyd edib. 

 

Şərhlər

Çox oxunanlar