Erməni tərəfi: əsgər Ohanyan Ağdamda həlak oldu
12.03.2016 12:34 Siyasi reaksiya 1026
Qondarma “dqr müdafiə nazirliyi”nin yaydığı məlumata görə martın 11-dən 12-nə keçən gecə Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyu atışmalar gedib. Azərbaycan ordusu erməni mövqelərinə 16 minomyot zərbəsi endirib.
Martın 11-də saat 15.45 radələrində erməni birləşmələrinin Ağdam istiqamətində yerləşən mövqelərindən birində “qumbara partlaması nəticəsində” 1997-ci ildə anadan olmuş hərbi qulluqçu Sərkis Davidoviç Ohanyan həlak olub.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi martın 11-nə keçən xəttindən dərinliklərdə yerləşən mövqelərinə dağıdıcı zərbələr endirildiyi, azı 10-15 erməni hərbçisinin öldüyünü və yaralandığını açıqlamışdı. Erməni tərəfi də Azərbaycan silahlı qüvvələrinin 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasından bu yana “misli görünməmiş artilleriya zərbələrini” təsdiqləyib, təmas xəttindən kifayət qədər dərinliklərdə yerləşən mövqelərinin vurulduğunu bildirib. Lakin itki vermədiklərini açıqlayıb. İndi belə görünür ki, həmin itkilərdən birini “qumbara partlayışı” adı altında açıqlayıblar.
(Virtualaz.org)
Şərhlər