MN: Düşmən döyüş itkilərini qəsdən gizlədir
12.03.2016 13:46 Siyasi reaksiya 1076
Ermənilər əsgərlərinin ölməsi faktlarını yol-nəqliyyat qəzaları, xəstəliklər, bədbəxt hadisələr və silahla ehtiyatsız davranma kimi qələmə verirlər.
Oxu.Az-ın cəbhə xəttində erməni tərəfinin son itkiləri ilə bağlı sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər ki, düşmən tərəfi həmişə olduğu kimi öz döyüş itkilərini qəsdən gizlədir, müxtəlif adlar altında ictimaiyyətinə çatdırmaqla çaşqınlıq yaradır.
“Erməni tərəfi Ermənistandan gətirilən əsgərlərin işğal olunmuş ərazilərimizdə ölməsini açıqlamaq məcburiyyətində qalsada, Dağlıq Qarabağdan çağırılanların, muzdlu kimi fəaliyyət göstərənlərin ölüm hallarını məharətlə gizlədir və öz xalqını aldadaraq yanlış fikir formalaşdırır”, - deyə, nazirlikdən qeyd ediblər.
Şərhlər