Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir

14.03.2016 15:27     Siyasi reaksiya     886

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber martın 15-16-da Azərbaycana səfər edəcək.

 

Aİ-nin xüsusi nümayəndəliyindən APA-ya verilən məlumata görə, səfər zamanı H. Salber Azərbaycanda rəsmi şəxslərlə görüşlər keçirəcək.

 

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlərə xüsusi diqqət yetiriləcək. 

Şərhlər

Çox oxunanlar