Ramil Usubovun birinci müavini kim olacaq?

14.03.2016 17:28     Siyasi reaksiya     1332

Namizədlər arasında iki müavinin adı çəkilməyə başlayıb: Vilayət Eyvazov və Oruc Zalov

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edib.Dəyişikliyə əsasən Daxili işlər nazirinin birinci müavini postu yaradılıb.

Daxili işlər nazirinin birinci müavini prezident tərəfindən təyin ediləcək. Daxili İşlər naziri öz səlahiyyətlərinin həyata keçirilməsini birinci müavininə, nazir müavinlərindən birinə tapşıra bilər.

Qeyd edək ki, bu yeni yaradılmış post çox mühüm sayılır və həmin vəzifəni kimin tutacağı da kifayət qədər maraqlıdır.Hazırda bu nazirlikdə birinci müavin postuna layiq olan yetərli qədər kadr var. Lakin bu sırada iki əsas şəxsin adı daha çox hallanmağa başlayıb. Onlardan biri nazirin müavini Vilayət Eyvazov, digəri isə yenə də müavin postunda əyləşmiş Oruc Zalovdur.

Mənbələrin verdiyi məlumata görə, hər iki müavin DİN başçısı Ramil Usubovun ən etibarlı və güvəndiyi kadrlardan sayılır. Üstəlik, adları çəkilən şəxslərin dövlət rəhbərliyi yanında da böyük etimadları var.

Şərhlər

Çox oxunanlar