Artur Rasizadə bu gün Milli Məclisdə hesabat verməlidir

15.03.2016 10:38     Siyasi reaksiya     954

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Reaksiya.info Azvision.az-a istinadən xəbər verir ki, parlamentin iclasının gündəliyinə 3 məsələ daxildir.

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı barədə

2. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.(Üçüncü oxunuş)

3. "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.(İkinci oxunuş)

Xatırladaq ki, əvvəlcədən yayılan məlumata görə, hesabatı baş nazir Artur Rasizadə təqdim edəcək.

Şərhlər

Çox oxunanlar