Ərdoğan-Əliyev görüşünün detalları

15.03.2016 11:59     Siyasi reaksiya     1075

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfərinin gündəliyi bəlli olub.

Axar.az Türkiyə Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə 12:30-da İlham Əliyevin Ankarada qarşılanma mərasimi baş tutacaq.

Daha sonra isə Prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçiriləcək.

Görüşün başa çatmasından sonra Azərbaycan-Türkiyə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci toplantısı öz işinə başlayacaq.

Bakı vaxtı ilə 15:00-da isə iki ölkə arasında sənədlər imzalanacaq və birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Ərdoğanın bu gün Bakıya səfəri planlaşdırılsa da, martın 13-də Ankarada baş verən terrora görə, bu səfər təxirə salınıb.

Şərhlər

Çox oxunanlar