Ermənilərdən daha bir həyasızlıq - Azərbaycan dilində “Baku.am”

15.03.2016 13:35     Siyasi reaksiya     1067

Ölkəmizə qarşı ərazi iddialarını bir an da olsa səngitməyən, mədəniyyət, incəsənət abidələrimizi özününküləşdirməyə çalışmaqla tarixi saxtalaşdıran ermənilər paytaxt Bakıya da əl uzadırlar.

Publika.az xəbər verir ki, bədnam qonşularımızın “Baku.am” saytı elə bu məqsədə - paytaxtın tarixinin saxtalaşdırılmasına yönəldilib.

Saxtakar erməni yazarları dörd dildə fəaliyyət göstərən saytın əsl məqsədinin guya paytaxt Bakının erməni icmasının “zəngin keçmişini” və “varisliyini aydınlaşdırmaq və təqdim etmək” olduğunu açıqlayıblar:

“Sayt elmi müəssisələr, arxivlər və ümumiyyətlə erməni icmaları və Bakı şəhərinin tarixi ilə maraqlananlar üçün nəzərdə tutulub. Saytda Bakı şəhərinin tarixində ermənilərin buraxdığı zəngin mədəni və sivilizasiyalı işlər haqqında əsaslı məlumatlar var”.

Lakin saytdakı materiallarla tanış olduqda ermənilərin çirkin niyyətləri üzə çıxır. Məlum olur ki, “Baku.am”ın fəaliyyət göstərməsində əsl məqsəd Bakının tarixinin saxtalaşdırılması, ermənilərin hələ ötən əsrlərdən paytaxtımızın ictimai-siyasi həyatında “aktiv rol oynamaları” haqda təəssürat yaratmaqdır.

Bunu sübut etmək üçün təkcə buradakı materiallarda yer alan “Şəhər tarixində üç dəfə 1905-ci, 1918-ci və 1990-cı illərdə qanlı anti-erməni qırğınlar törədilib” yalanlarını göstərmək kifayətdir.

 

 

Şərhlər

Çox oxunanlar