"Sayları 20-dən 15-ə salınmalıdır" - Deputat nazirləri "topa" tutdu
15.03.2016 14:09 Siyasi reaksiya 1103
"Əgər biz effektli islahatlar aparmaq isətyiriksə, o zaman struktur islahatlarını davam etdirmək lazımdır"
Bunu millət vəkili Əli Məsimli parlamentdə hökumətin hesabatı zamanı çıxışında deyib.
Onun sözlərinə görə, 2,3 milyard əhalisi olan Çində də 20 nazirlik var, ancaq bu ölkənin heç bir əyalətinin əhalisinin sayı qədər əhalisi olmayan Azərbaycanda da 20-yədək nazilrik var. “Hələ bura komitələri və digər dövlət qrurumlarını demirəm. əgər biz ölkədə islahatların aparılmasından danışırıqsa, o zaman bu qədər strukturun mövcudluğu islahatların aparılmasına maneçilik yaradacaq. Əgər biz effektli islahatlar aparmaq isətyiriksə, o zaman struktur islahatlarını davam etdirmək lazımdır. Nazilklərin sayı 20-dən 15-ə salınmalıdır. Bu cür addımlar effektli islahatların aparılmasına şərait yarada bilər”.
(Moderator.az)
Şərhlər