İlham Əliyev: “Türkiyə kimi dövlətin yanımızda olması bizim üçün çox vacibdir”

15.03.2016 16:17     Siyasi reaksiya     969

Ankarada törədilmiş amansız terror aktına görə Azərbaycan xalqı və dövləti adından Türkiyə xalqına və dövlətinə başsağlığı verirəm.

Qurbanların yaxınlarına, qohumlarına səbr, yaralılara şəfa  diləyirəm.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə  Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarda keçirilən V iclasından sonra keçirilən mətbuat  deyib.

İ.Əliyev vurğulayıb ki, bu dəhşətli terror aktını qətiyyətlə pisləyirik və hər zaman  türk xalqının yanandayıq:

“Bizim birliyimiz əbədidir, sarsılmazdır. Azərbaycanda tam əminik ki, Türkiyə xalqına qarşı törədilmiş terror aktları  türk xalqını sarsıda, onu haqq yolundan döndərə bilməz”. 

Prezident deyib ki, 25 ildir ki, iki ölkə birlik, həmrəylik göstərir:

“Hazırda ölkələrimiz bütün sahələrdə uğurlu əməkdaşlıq edir. Əlaqələrimizin təməlində xalqlarımızın birliyi dayanır”. 

İlham Əliyev deyib ki, Dağlıq Qarabağ məsələsində Türkiyə hər zaman Azərbaycanın yanında olub, Türkiyə kimi dövlətin yanımızda olması bizim üçün çox vacibdir. 

“Ölkələrimizi həmçinin enerji, hərbi sahədə əməkdaşlıq birləşdirir. Biz çalışacağıq ki, böyük enerji layihəsi olan TANAP-ı vaxtında bitirib və iki il sonra açılışın edək”.

 

 

(Gun.az)

Şərhlər

Çox oxunanlar