İran Talibanla mənfəət ittifaqında? - ARAŞDIRMA

06.07.2015 16:14     Siyasi reaksiya     2685

Lobeblog xarici siyasət bloqundan xüsusi olaraq Reaksiya.az üçün  

 

İranlı rəsmilər, Əfqanıstan Talibanından bir heyətin may ayında Tehranı ziyarət etdiyinə dair xəbərləri təsdiqlədilər. Amma bu görüşdə hansı məsələlərin müzakirə olunduğunu demək çox çətindir.

İran Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının mühafizəkar üzvü və İran Məclisi Müdafiə Komitəsinin sədri İsmayıl Kosari, Talibanın Tehran səfərini iyunun əvvəlində təsdiqlədi: "detalları açıqlaya bilmərəm, amma, danışıqlara hazır olduqlarını bildirdiklərini dəqiq ifadə etdilər". Kosari ayrıca İranın köhnədən bəri davam edən , regional problemləri dialoq yolu ilə həll etmək istəyən hər qrupla görüş siyasətinə işarə etdi.

Kosarinin, Taliban heyətinin Tehran səfərini təsdiq etməsi, onun İran İnqilab Mühafizləri Korpusu ilə olan yaxın əlaqələri göz önündə bulundurulduğunda daha da əhəmiyyətli hal alır. Kosari mühafizlərin yüksək səviyyəli keçmiş mənsubudur və indiki komandirlərlə da yüksək səviyyədə əlaqələrə malikdir. Taliban tərəfindən İrana edilən gizli səfəri ilk olaraq İnqilab mühafizlərinin qeyri-rəsmi nəşr orqanı kimi dəyərləndirilən Tasnim Xəbər Agentliyinin xəbər kimi verməsi də olduqca maraqlıdır.

Xarici işlər nazirliyinin spikeri Mərziyə Əfham da, Ruhani aparatının sözçüsü Məhəmməd Bağır Nobəxt də TASNİMin xəbərini təsdiqləməyib. Hər ikisi də belə bir ziyarətin reallaşıb reallaşmadığından xəbərsiz olduğunu bildiriblər. Əfham 20 mayda verdiyi açıqlamada bunları deyib: "Biz belə bir ziyarətdən xəbərdar deyilik. Xəbərin mənbəəyi, hansı məlumat və əsasa söykənərək yayımlandığı araşdırılmalıdır”. Nobəxt də eyni gün hadisə ilə bağlı açıqlama verib: "Məsələnin kökünü bilmirəm. Məntiqli deyil. Nəticə etibarı ilə mən belə bir ziyarət reallaşdığını doğrulaya bilmərəm".

İranın islahatçı qəzetlərindən olan “Şərq” çıxan Taliban ziyarəti xəbərləri sonrasında Əfqanıstan Yüksək Barış Şurası beynəlxalq əlaqələr komitəsinin üzvü Məhəmməd İsmayıl Qasım Yar ilə bir müsahibə nəşr edib. Qasım Yar qəzetə verdiyi açıqlamada bildirib ki, Tehrana bu ziyarəti Talibanın Qatarın Doha şəhərindəki siyasi ofisinin yeddi-səkkiz üzvü reallaşdırıb və bunlar Tehranda bəzi tədbirlərdə iştirak ediblər.

Bütün bu baş verənlər Taliban heyətinin Tehrana səfər etdiyinin açıqlanmasının, bir xəbər agentliyinin gizli bir məlumatı qanunsuz bir şəkildə sızdırması hadisəsi olmadığını göstərir. Daha çox bu, Ruhani rəhbərliyi rəsmilərinin bu ziyarətdən xəbərdar olmadıqlarını göstərir.

Xarici İşlər Nazirliyinin Talibanla danışıqlarda iştirak etmədiyi bilindikdən sonra, İnqilab Mühafizlərinin xarici əməliyyatlardan məsul olan Qüds qüvvələrinin nümayəndələri Talibana ev sahibliyi etmiş ola bilər. İslahatçı bir jurnalist və xarici siyasət şərhçisi, adının açıqlanmaması şərti ilə “LobeLog”a bu açıqlamalar verib: "Diplomatik məsələlərdə məsuliyyət əvvəlcə Xarici İşlər Nazirliyinin öhdəsində qalsa da, Suriya, İraq, Əfqanıstan, Bəsrə Körfəzindəki əksər ölkə və Afrikadakı bəzi ölkələrlə olduğu kimi təhlükəsizliklə əlaqəli məsələlərdə baş həmsöhbət Qüds qüvvələridir. Düzdür, Prezidentin, xarici işlər nazirinin, ordudakı komandirlərin və Milli Təhlükəsizlik Yüksək Şurası Baş katibinin İran xarici siyasətini formalaşmasısında lokal səviyyədə təşkilati rolu var, amma əksər gizli danışıqları məhz Qüds qüvvələri aparır. Buna görə də mən, Tehranda Talibanla Qüds qüvvələri nümayəndələrinin görüşdüyünə inanıram".

 

Görüşdə İŞİD - in rolu

 

İranı və şiə müsəlmanlarını ən böyük düşmənləri kimi görən İŞİD-in Əfqanıstandakı qeyri-rəsmi mövcudluğu, İŞİD-lə İraqda keçirdiyi döyüş əməliyyatlarını göz önünə alınanda İranın ən böyük narahatlıqlarından biri ola bilər.

İran İnqilab Gözətçiləri və nizami ordunun başçıları, eyni zamanda dini lider Əli Xameneyi, keçən ay İranın, qərb və şərq sərhədlərində İŞİD təhdidinin ciddiləşdiyinə dair narahat olduqlarını bildiriblır. Bu təhlükəli vəziyyət, İŞİD-i Əfqanıstanda məğlub etmək üçün Talibanla İran arasında müvəqqəti və gizli bir ittifaq qurulmasına yol aça bilər.

İrandakı Hürrəmşəhər şəhərinin 1982-ci ildə İraq qüvvələrindən xilas edilməsinin may ayındakı ildönümündə Qüds qüvvələri komandiri Qasım Süleymani İŞİD - i "insanların başını qoyunların başından daha asan kəsən bir bəlaya" bənzədib. O, İŞİD - in yüksəlişindən duyduğu böyük narahatlığı belə ifadə edib: "Xalqı bu təhlükəyə qarşı maarifləndirmək üçün heç nə etməyənlər və bu böhranı sona çatdırmaq üçün çalışmayanlar, gözləyən fəlakətin cinayət ortaqlarıdır. Bu, böyük bir təhlükədir və aradan qaldırılması milli mənfəətlərimiz üçün lazımlıdır".

Son 10 ildə İranın cənubi-qərbindəki Sistan və Bəlucistan əyalətlərində terror aksiyaları meydana gəlib. Bu hücumlar İranlı rəsmilərinin hər zaman ölkəyə Pakistan sərhədindən sızdığını ifadə etdiyi "Cundullah" qrupu tərəfindən reallaşdırılıb. İranın Talibanla Cundullah arasında bağ olduğunu heç bir zaman iddia etməməsi olduqca vacibdir. Ayrıca, Taliban, 2011-ci ildə bəri əhəmiyyətli şiə alimlərinə heç sui-qəsd reallaşdırmayıb. Əfqan hökumətinin əksinə, Taliban Yəməndə Husi üsyançılarına qarşı Səudiyyə liderliyindəki koalisiyanın keçirdiyi hücumlara da heç bir dəstək verməyib.

Bu yaxınlarda Wall Street Journal İranın Talibanı dəstəklədiyini iddia edən məqalə yayınlamışdı.  İranın Əfqanıstan səfiri Muhammad Rza Bəhraminin də dərhal bundan qəzəblənməsi də əslində baş verənlərə baxmaq yönündən olduqca maraqlıdır. Bəhrami verdiyi açıqlamada "Biz Talibana dəstək vermirik. Heç bir radikal qrupa ya da terroristə dəstək verməyəcəyik" -demişdi.

İran İŞİD - i məğlub etmək üçün yəqin ki, ABŞ-ın 2007-ci ildə İraqda tətbiq etdiyi metodlarla Talibanı dəstəkləyəcək. ABŞ bu strategiya sayəsində əksəriyyəti əvvəllər Bəasçı olan və ona qarşı döyüşmüş İraqlı sünni qruplarla ittifaq yaratmış, bununla da Əl-Qaidənin İraqda əhəmiyyətli ölçüdə geriləməsinə şərait yaratmışdı.

 

Mənbə: Lobelog

Tərcümə: A.Osman

Şərhlər

Çox oxunanlar