Ramiz Zeynalov istefaya göndərilir: YAŞIYLA BAĞLI
21.03.2016 22:30 Siyasi reaksiya 2079
Generalın təqaüd vaxtı çatıb, yerinə kimin gətiriləcəyi isə qətiləşdirilib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov bayramdan sonra istefaya göndəriləcək. Bu barədəPolitika.Az-a nazirlikdəki mənbələrdən məlumat daxil olub.
Məlumatda deyilir ki, Zeynalovun işdən çıxarılmasının səbəbi çoxdur, amma ən vacibi isə yaş həddidir. Belə ki, general 65 yaşını fevral ayında doldurub və onun bundan sonra iş başında qalması qanunla qadağandır. Yalnız istisna hallarda DİN onun səlahiyyət müddətini 1 il müddətinə uzada bilər.
Politika.Az-a məlumat verən mənbə vurğulayır ki, DİN rəhbərliyi müddətin uzadılmaması məsələsinə müsbət baxmır. Ona görə ki, Zeynalovun son dövrlər idarəçilik sistemində ciddi qüsurlər yaranıb. Və bu səbəbdən də ən çox müzakirə olunan dövlət qurumu statusu alınıb. DYP əməkdaşlarının özbaşınalığı, qanunlara riyayət etməməsi bir yana, onların hərəkətlərinin videoçəkiliş vasitəsi ilə mediaya sızması heç də yaxşı hal sayılmır. Mənbə iddia edir ki, generalın fəaliyyətinə qiymət verən nazirlik, onunla yollarını ayırmaq qərarına gəlib.
BDYPİ-nin yeni rəisinin kim olacağına gəldikdə isə Politika.Az-a verilən məlumatda vurğulanır ki, həmin şəxsin adı artıq DİN rəhbərliyi tərəfindən dəqiqləşdirilib. Bayramdan sonra isə yeni təyinatın olacağı gözlənilir.
Şərhlər