33 saylı Yol İdarəsinin müdiri 130 minlik maşınları hansı pulla alıb?
23.03.2016 18:45 Siyasi reaksiya 987
Hələ bir müddət əvvəl Prezident İlham Əliyev keçirdiyi müşavirədə bəyan etmişdi ki, ölkədə ən böyük korrupsiya tikinti sektorundadır. Dövlət başçısı bu açıqlaması ilə əslində, tikinti məsələlərinə məsul olan şəxslərə xəbərdarlıq edərək, onları yaxın vaxtlarda cəza gözlədiyinə işarə vurmuşdu.
Lakin dövlət başçısının bu xəbərdarlığından nəticə çıxarmayanlar da az deyil. Onlardan biri isə Ağcabədi rayonunda fəaliyyət gösğərən 33 saylı Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynovdur. Politika.az xəbər verir ki, uzun illərdən bəri bu idarəyə rəhbərlik edən sözügedən şəxs nəinki rayonun, hətta bölgənin ən varlı oliqarxlarından sayılır. Onun Yol İdarəsinin pulları ilə yanaşı, özünə qurduğu iri biznes idə böyük gəlir mənbəyidir. Elə bu səbəbdəndir ki, Hüseynov dövlət büdcəsindən ayrılmış pulların böyük qismini özünə götürərək, yeni sahələr yaratmaqla gələcəyini təminat altına almağa çalışıb.
Politika.Az-a daxil olan məlumata görə, idarə müdirinin gəlir sahələrindən biri də Ağcabədidəki karyerlərdir. Bir neçə gün əvvəl isə bu yaryerdəki quyulardan birinə iki azyaşlı uşaq düşüb. Amma uşaqların ölüm faktını Vidadi Hüseynov ört-basdır etməyə nail olub. Düzdür, məsələdən xəbər tutan əhali etiraz edərək, idarə müdirindən ya karyeri bağlamağını, ya da təhlükəsizlik qaydalarını gücləndirməyi tələb ediblər. Hərçənd bu haqlı tələbə məhəl qoyan olmayıb.
Məlumatda deyilir ki, Qarqar karyerinə iki uşağın həyatını itirməsi məsələsi hələ də qapalı olaraq qalıb və bununla bağlı tədbir görən yoxdur.
Qeyd edək ki. 33 saylı Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynovun ən böyük karyeri Qarqarçayın üzərində yerləşən Yuxarı Qiyaməddinli-Muğanlı yolu hissəsində iri karyeri var. Dövlət qeydiyyatı olmayan həmin karyerdən idarə müdiri 24 saat dayanmadan qumm və çınqıl çıxartdıraraq, satmaqla məşğuldur. Nəticədə, qazıntılar zamanı əmələ gələn böyük çalalara Qarqarçayın suyu dolur və ərazidə çoxlu sayda dərin gölməçələr əmələ gəlib.
İki uşağın ölümünə rəğmən, heç bir addım atmayan Vidadi Hüseynov, əvəzində başqa bir məsələyə əl atıb. Politika.az xəbər verir ki, idarə müdiri özünün və oğlunun avtomobillərini təzələməklə təskinlik tapıb. Belə ki, Vidadi Hüseynov bu yaxınlarda özünə «Lexus», oğlu Fərid Hüseynova isə «Range Rover» markalı maşınlar alıb. Ümumi dəyəri 130 min manata yaxın olan bu avtomobilləri Yol İdarəsinin müdirinin necə aldığı isə sual altındadır.
Hərçənd əmək haqqısı 475 manat olan bir məmurun avtomobillərinə 130 min manat xərcləməsi kifayət qədər şübhəlidir. Ardından onun 150-200 min manat xərcləyərək, üç ev alması da qaranlıq iş deyil. Çünki bu qədər maaşla belə bahalı avtomobillərə sahib olmaq mümkün deyil.
Mənbələr iddia edirlər ki, ata Hüseynov əvvəllər də «Lexus» sürürmüş. Oğlu isə «Prado»da cəzməklə kifayətlənib bu vaxta qədər. Amma son devalivasiyadan sonra əllərindəki manatla yatırım etmək istəyən ata və oğul, yekunda həmin pulu maşına yatırmaqla kifayətləniblər.
Amma əldəki manatın çoxluğu onları Bakıya qədər gəlməyə vadar edib. Çünki Hüseynovlar həmin pulla paytaxtda daha 2-3 mənzil almaq fikrindədir. İndiyə qədər isə idarə müdirinin Bakıda 3 evinin olduğu deyilir.
Politika.Az-ın araşdırmalarına görə, Vidadi Hüseynov tenderlərdə də aktiv iştirak edən tərəf kimi çıxış edir. Bu məqsədlə o, oğlunun adına firma da yaradıb: “Fərid Ağcabədi” MMC. Həmin şirkət isə Ağcabədi rayonunda çəkilən bütün yollar üzrə tenderin «qalibi» elan edilib. Son 3-4 ildə isə bu şirkətin icra başçısıyla birlikdə milyonlarla manat vəsaiti sildiyi üzə çıxıb.
Bəzi saytların iddiasına görə, 33 saylı Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynov 3 ay əvvəl Ağdam istiqamətində yanacaq doldurma məntəqəsi açıb. Bundan başqa, o, özünün asfalt zavodunu da yeniləyib. Bundan əlavə, o, hər ay qrabel, çınqıl və qumm satışından 5 min manatdan artıq pul qazanır.
Şərhlər