Zakir Həsənov döyüş tapşırığı verdi

26.03.2016 19:23     Siyasi reaksiya     1168

Martın 26-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirin müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.

 

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, müşavirədə cari vəziyyət təhlil edilərək konkret tapşırıqlar qoyulub.

 

Müdafiə naziri qoşunların döyüşə hazırolma səviyyəsinin təftiş edilməsi və hərtərəfli yoxlanılmasına dair Baş Qərargaha müvafiq tapşırıq verib.

Şərhlər