İlham Əliyev xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib

28.03.2016 18:31     Siyasi reaksiya     971

Anna İbrahimbəyova göstərilən ehtirama görə dövlət başçısına və xanımına minnətdarlıq edib.

Martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət ediblər.

Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəxri Xiyabanda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edərək xatirəsinə dərin ehtiramlarını bildirdilər.

İlham Əliyev Maqsud İbrahimbəyovun məzarını ziyarət edir
İlham Əliyev Maqsud İbrahimbəyovun məzarını ziyarət edir

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyovaya bir daha başsağlığı verdilər.

Anna İbrahimbəyova həyat yoldaşının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına və xanımına minnətdarlıq etdi

 

Şərhlər

Çox oxunanlar