Cəmil Əliyev "Şərəf" ordeni aldı

28.03.2016 18:59     Siyasi reaksiya     1155

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cəmil Əliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

Sərəncamda deyilir:

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında səhiyyə sisteminin təkmilləşdirilməsi və tibb elminin inkişafındakı xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev “Şərəf” ordeni ilə təltif edilsin.

 

Şərhlər

Çox oxunanlar