QHT-dən Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarına təbrik

28.03.2016 19:50     Siyasi reaksiya     1216


Şərqdə ilk Demokratik Respublika yaranandan sonra bolşevik Rusiyasının real təhlükə yaratması, ölkədə və o cümlədən Milli Ordu sıralarında hələ də baş verən özbaşınalıqlar xüsusi xidmət orqanlarının təşkilinə zərurət yaratdı. Ona görə də Hərbi Nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 28 mart 1919-cu il tarixli 157 N-li əmri ilə Baş Qərargahın general-kvartmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Maraqlıdır ki, həmin dövrdə, bir qayda olaraq Hərbi Nazirin əmrlərinə eyni zamanda Baş Qərərgahın rəisi Sulkeviç də imza edirdi. Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyevin imzaladığı 23 mart 1997-ci il tarixli Fərmanı ilə hər ilin 28 mart Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramları günü elan edilmişdir.

 
 Ulu öndər Heydər Əliyev demişdir: “Öz dövlətçilik tariximizi 1918-1919-cu illərdən hesablayaraq ötən dövrdə Azərbaycan həyatının bütün səhələrində, o cümlədən təhlükəsizlik orqanlarının həyatında da nə qədər çətin və mürəkkəb proseslər olduğunu biz yaxşı görürük. Ancaq bu gün iftixar hissi ilə demək olar ki, Azərbaycan xalqı uzun illər böyük, ağır yol keçərək öz milli azadlığını, dövlət müstəqilliyini əldə etdiyi kimi, Azərbaycanın təhlükəsizlik orqanları da geniş bir yola çıxmışlar”. Peşə bayramı münasibəti ilə martın 28-də də belə bir orqanın yaradılmasına zərurət görmürdü. Şərqdə ilk parlamentli respublika üçün bolşevik Rusiyasının real təhlükə yaratması, ölkədə və o cümlədən Milli Ordu sıralarında hələ də baş verən özbaşınalıqlar xüsusi xidmət orqanlarının təşkilinə zərurət yaratdı.
 
 Ona görə də Hərbi Nazir, tam artilleriya generalı bəyMehmandarovun 28 mart 1919-cu il tarixli 157 N-li əmri ilə Baş Qərargahın general-kvartmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılır. Maraqlıdır ki, həmin dövrdə, bir qayda olaraq Hərbi Nazirin əmrlərinə eyni zamanda Baş Qərərgahın rəisi Sulkeviç də imza edirdi.qardaşıAzərbaycan Xalq Cümhuriyyəti Hökumətində əks-inqilabı mübarizə təşkilatının ilk rəisi Məmmədbağır Şeyxzamanlı ,daha sonra 1919-cu il avqustun 20-də onun yerinə qardaşı Nağı bəy Şexyzamanlı təyin olunmuşdur.1920-ci ilin martın 6-na qədər bu quruma rəhbərlik etmişdir. 
 
Cümhuriyyət dövründə ölkənin təhlükəsizliyinin təmin olunmasında, sərhədlərin qorunmasında mühüm xidmətlər göstərmişdir. Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyevin imzaladığı 23 mart 1997-ci il tarixli Fərmanı ilə hər ilin 28 mart Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramları günü elan edilmişdir. Martın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev və xidmətin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər, onların məzarı önünə gül dəstələri düzüblər. 
 
DTX əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.“Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. 
 
 Əsgər Ailələrinə Dəstək İctimai Birliyi peşə bayramları münasibəti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Mədət Quliyevi və şəxsi heyəti təbrik edir, Azərbaycan naminə işlərində uğurlar diləyir. 
 
 
Mətanət Əsgərqızı
Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri

Şərhlər

Çox oxunanlar