XİN: Misirdə qaçırılan təyyarədə Azərbaycan vətəndaşları olmayıb

29.03.2016 12:17     Siyasi reaksiya     915

"İlkin məlumatlara əsasən Misirdə qaçırılan və daxili reyslə uçan təyyarədə Azərbaycan vətəndaşları olmayıb".

Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycanın Misirdəki səfirliyi bu ölkənin müvafiq orqanları ilə təmasları davam etdirir.

Qeyd edək ki, bu gün İsgəndəriyyədən Qahirəyə uçan, göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olan təyyarə qaçırılıb. Sərnişin təyyarəsi Cənubi Kiprin Larnaka hava limanına enib.

Şərhlər

Çox oxunanlar