İlham Əliyev ABŞ-da səfərdədir

30.03.2016 23:28     Siyasi reaksiya     1048

"İki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır".

22:50 / Əliyevlə Kerri açıqlama verir

Prezident İlham Əliyevlə Con Kerri görüşdən sonra açıqlama veriblər. ANS PRESS-in məlumatına görə, Kerri prezident İlham Əliyevi ABŞ-a səfər etdiyinə görə çox şad olduğunu deyib.

O bildirib ki, İlham Əliyevlə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də müzakirələr aparıb. Dövlət katibi deyib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

Kerri həmçinin qeyd edib ki, regionda Azərbaycanın iqtisadi imkanları çox genişdir və Vaşinqton Bakı ilə əməkdaşlıqda maraqlıdır.

Preizdent İlham Əliyev isə Nüvə Təhlükəsizliyi sammitinə dəvət edildiyinə görə ABŞ prezidenti Barak Obamaya təşəkkür edib.

Prezident deyib ki, ABŞ-Azərbaycan münasibətləri uzun zamandır – 25 ildir ki, davam edir və münasibətlər səmimi şəkildə inkişaf edir. Dövlət başçısı bildirib ki, iki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev açıqlama verərkən
Prezident İlham Əliyev açıqlama verərkən

22:24 / Əliyevlə Kerrinin görüşü başladı

Vaşinqtonda Azərbaycan prezidenti ilə ABŞ dövlət katibi Con Kerri arasında görüş başlayıb.

ANS PRESS-in məlumatına görə, görüşdə müzakirə edilən məsələlər barədə hələlik açıqlama verilmir.

19:41 / Prezident Vaşinqtonda

Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfəri başlayıb. ANS PRESS-in məlumatına görə, dövlət başçısı Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək.

İlham Əliyev bu gün axşam saatlarında ABŞ dövlət katibi Con Kerri ilə görüşəcək.  görüş Vaşinqton vaxtı ilə saat 14:00-da, Bakı vaxtilə saat 22:00-da başlayacaq və bir saata yaxın davam edəcək.

Dövlət katibi Azərbaycan prezidenti ilə görüşdən sonra ABŞ prezidenti Barak Obama ilə görüşəcək.

Con Kerri - ABŞ dövlət katibi
Con Kerri - ABŞ dövlət katibi

Birləşmiş Ştatların paytaxtında keçirilən sammit martın 31-dən aprelin 1-dək davam edəcək. Sammit həmçinin Ermənistan prezidenti Serj sarkisyan da iştirak edir.

Daha əvvəl ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik açıqlama verib ki, Azərbaycan və Ermənistan prezidetləri arasında görüşün keçirilməsi planlaşdırılmayıb.

 

Şərhlər

Çox oxunanlar