Poroşenko: “Rusiyaya qarşı sanksiyalar daha da gücləndirilməlidir”

31.03.2016 11:05     Siyasi reaksiya     953

"Əgər Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları ləğv etsə, ukraynalıların qanının dəyəri olmayacaq".

  Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Petro Poroşenko Vaşiqntonda keçirilən "Ukraynanın azadlıq uğrunda davam edən mübarizəsi" forumunda çıxışı zamanı deyib:

  "Əgər Qərb sanksiyaları ləğv etsə, Kremlin arzusu yerinə yetirəcək. Ukraynalıların öldürülməsi isə cəzasız qalacaq. Qərbdə kimsə bunu qəbul edə bilər? Mən güman edirəm ki, yox. Fikrimcə, sanksiyalar davam etməlidir və daha da gücləndirilməlidir. Ukraynanın Krımda suverenliyi bərpa edilməyənə qədər sanksiyalar qalmalıdır. Bu o deməkdir ki, əgər Rusiya agressiya göstərirsə, heç kim onlarla işləməyəcək".

Poroşenko əlavə edib ki, Rusiya Krım hərbiləşdirməklə bu bölgədə nüvə silahı yerləşdirmək istəyir: "Krımda insan hüquqlarının sistemli və kütləvi pozunması halları baş verir. Beynəlxalq təşkilatlar öz hesabatlarında bu faktları qeydə alıblar. Rusiya Krımı işğal etdikdən sonra Krım tatarlarına qarşı 130 cinayət işi başladıb. 21 tatar qaçırılıb, 3-ü öldürülüb, 9-unun taleyi ilə bağlı heç bir xəbər yoxdur. 20 min ukraynalı məcburi şəkildə evlərini tərk edib".

Şərhlər

Çox oxunanlar