Lavrovun Bakıya səfərinin tarixi açıqlandı

31.03.2016 17:30     Siyasi reaksiya     953

Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Bakıya gələcək.

Reaksiya.info  Teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.  Onun sözlərinə görə, səfər çərçivəsində Lavrov Bakıda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşəcək. Görüşlər zamanı nəqliyyat layihələri və Xəzərdə qarşılıqlı fəaliyyət müzakirə ediləcək. Bundan başqa, Lavrov aprelin 5-də Moskvada səfərdə olan Avstriya xarici işlər naziri ilə görüşəcək. 

Şərhlər

Çox oxunanlar