AŞPA-da Azərbaycanla bağlı məsələ müzakirə olunacaq? - AÇIQLAMA
01.04.2016 14:37 Siyasi reaksiya 915

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclasında Azərbaycanla bağlı hər hansı bir məsələ olmayacaq”.
Bu barədə Modern.az saytna açıqlamasında AŞPA-nın Azərbaycan nümayəndə heyətinin üzvü deputat Fazil Mustafa məlumat verib.
Millət vəkili AŞPA-nın növbəti iclas tarixini də açıqlayıb:
“Parlament Asambleyasının növbəti yaz sessiyasının plenar iclası aprel ayının 17-i başlayacaq və 23-ü başa çatacaq”.
Qeyd edək ki, AŞPA-nın qış sessiyasının plenar iclası bu ilin yanvar ayının 25-də keçirilib.
Şərhlər